Hizbullaha ultimatum göndərdilər

Hizbullaha ultimatum göndərdilər
  21 Fevral 2013    Oxunub:1812
Azad Suriya Ordusu, Hizbullaha ultimatum verərək "Suriya torpaqlarındakı hərbi əməliyyatları dayandırın, yoxsa hücum edəcəyik" deyib.
Azad Suriya Ordusunun komandirlərindən olan Səlim İdris-Əl-Ərəbiyə Əsəd rejiminin əsas dayaqlarından olan Hizbullaha xəbərdarlıq ultimatumu göndərib.
O, açıqlamasında "Suriyadakı toqquşmalara müdaxilə etməyin, yoxsa Liviyada sizə aid bölgələrə hücum edəcəyik " deyib.
Suriya mütəxəssislərinin dediyinə görə, Hizbullah Azad suriya Ordusunun təhdidini nəzərə alaraq Suriya sərhədinə möhkəmləndirici qoşun göndərib.
Həftə sonunda Suriya sərhədində Hizbullah qoşunları və üsyançılar arasında toqquşma baş vermiş, 3 Hizbullah əsgəri və 5 üsyançı öldürülüb.


Teqlər:





Xəbər lenti