Rusiya Suriyaya gücünü belə göstərir

Rusiya Suriyaya gücünü belə göstərir
  21 Fevral 2013    Oxunub:2282
Rusiya donanmasına aid "Kalinqrad" və " Aleksandr Şabalin" adlı müharibə gəmiləri Çanaqqala boğazından keçərək Suriyaya doğru irəliləməyə başlayıb.
Dünən Mərmərə dənizindən Çanaqqala boğazına keçən 102 nömrəli "Kalinqrad" və 110 nömrəli " Aleksandr Şabalin" gəmiləri saat 13:05-də boğazdan keçidi tamamlayıb. Rusiya Müdafiə Nazirliyi "Qaradəniz və Aralıq dənizində aparılan donanma əməliyyatları nəticəsində Rusiya gəmilərinin Aralıq dənizindəki müharibə vəzifəsini davam etdirmək qərarı alınıb" deyib. Nazirlikdən verilən məlumatda "Saratov" və "Azov" gəmilərinin də eyni vəzifəni icra etmək üçün bu dənizlərə buraxılacağını bildirib. Qərb mətbuatında Rusiya müharibə gəmilərinin "Suriyaya gücünü göstərmək" üçün dənizə buraxıldığı deyilib. Rusiyanın Suriyanın Tartus bölgəsində gəmiləri də var.


Teqlər:





Xəbər lenti