Prezident Medvedyevi ayaqyalın qarşıladı

Prezident Medvedyevi ayaqyalın qarşıladı
  21 Fevral 2013    Oxunub:1696
Görüş zamanı Braziliya prezidenti Dilma Rusefin ayaqqabısının bir tayı ayağında olmayıb.
Braziliya Prezidenti Dilma Rusef Rusiyanın baş naziri Dmitri Medvedyevlə görüşdə protokol qaydalarını qeyri-adi şəkildə pozub. Belə ki, Braziliya başçısı rusiyalı naziri qarşılayarkən ayaqqabısının bir tayı ayağında olmayıb. Bu nüans televiziyanın və fotoreportyorların diqqətindən yayınmayıb.
Braziliya mətbuatı üçün bu hal heç də gözlənilməz olmayıb. Məsələ burasındadır ki, Rusef bir neçə gün əvvəl Salvador şəhərində istirahətdə olarkən ayağı büdrəyib və baş barmağını sındırıb. Bu səbəbdən ayağına qoyulan sarğı ona adi ayaqqabı geyinməyə imkan vermir.
Buna görə, Braziliya prezidenti Rusiya hökumət başçısını qarşılayarkən bir ayağına ayaqqabı, digər ayağına isə daha boş və rahat çəkələk geyinməyə məcbur olub.


Teqlər:  





Xəbər lenti