Milyarderlər İttifaqından istefa

Milyarderlər İttifaqından istefa
  21 Fevral 2013    Oxunub:2598
İttifaqın üzvü İsgəndər Xəlilov istefa verib.
Rusiyada yaşayan azərbaycanlı iş adamı, Milyarderlər İttifaqının üzvü İsgəndər Xəlilov Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının (AFKF) prezidenti vəzifəsindən getməyi qərara alıb. Bu haqda Lent.az-a federasiyanın vitse-prezidenti Fuad Quliyev məlumat verib.

F.Quliyevin sözlərinə görə, İ.Xəlilov işlərinin çoxluğu ilə əlaqədar istefa verib. Onu əvəzləməyə yeganə namizəd oğlu Rəhman Xəlilovdur. Federasiyanın hesabat-seçki konfransı Novruz bayramı ərəfəsində baş tutacaq. Həmin konfransda bu əvəzləmə rəsmiləşəcək.

Qeyd edək ki, ölkəmizdə qış idman növləri üzrə daha bir qurumun - Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti İskəndər Xəlilovun digər oğlu Rauf Xəlilovdur.


Teqlər:  





Xəbər lenti