Dərimizdəki mükəmməl mexanizm

Dərimizdəki mükəmməl mexanizm
  04 İyul 2013    Oxunub:1600
Hər bir insanın dərisi gün ərzində geyimlə təmasda olur. Amma bunu həmişə hiss etmir. Gecə yatarkən üstünə çəkdiyi yorğanla, qoluna taxdığı saatla, ya da oturduğu kreslo ilə təmasda olduğunu da daim qavramır. Bunun vacib səbəbi var.
İnsan dərisindəki qəbuledicilər müəyyən müddətdən sonra beyinə dəriyə təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırırlar. İnsan dərisi onunla təmasda olan maddəyə qarşı vərdiş qazanır və onunla bağlı hisslər müəyyən müddətdən sonra dayandırılır.

Bu, Allahın bədənimizdə yaratdığı möcüzəvi bir sistem və mükəmməl xüsusiyyətdir. Bir çox insan bu cür təfərruatların fərqinə belə varmır. Amma onu da qeyd etmək lazımdır ki, heç bir narahatlıq duymadan yaşamaq mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olur.
Bədəndəki öyrəşmə mexanizmi olmasaydı, geyinmək kimi adi bir hadisə insana böyük çətinlik yaradardı. İnsanın üzərindəki geyimləri daim hiss etməsi əziyyətə çevrilər və toxunduğu əşyalardan gələn siqnalları qəbul edəndə çətinlik çəkərdi. Daim geydiyi corabın ayağını nə qədər sıxdığını, saatın biləyində daim hərəkət etdiyini düşünmək məcburiyyətində qala bilərdi. Bu səbəbdən, rahat yata, istirahət edə bilməz, həyatı olduqca çətinləşərdi.

Hiss duyğusu bir nemət olduğu kimi, hissin zamanla itməsi də insana verilmiş böyük nemətdir. Tək bir xüsusiyyət insanın həyatını asanlaşdırır və onun rahat yaşamasına səbəb olur.

Zaur Rzayev


Teqlər:





Xəbər lenti