Hakim partiyanın ofisi partladıldı

Hakim partiyanın ofisi partladıldı
  21 Fevral 2013    Oxunub:1668
17 maşın içərisindəkilərlə birlikdə yanıb.
Suriya paytaxtı Dəməşqin Məzrəa bölgəsində bomba yüklü avtomobillə həyata keçirilən kamikadze hücumu nəticəsində onlarla insan həlak olub.
Suriya dövlət kanalı paytaxtın Məzrəa bölgəsindəki üsyançılar hakim "Bəəs" partiyasının baş ofisinin girişində partlayıcı qurğu olan avtomobili partladıblar. Aralarında uşaqlarında olduğu itkilər haqqında dəqiq məlumat verilməyib.
Partlayışın iki binanın tamamilə dağıldığını deyən dövlət kanalı hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınlarının gəldiyini, partlayış nəticəsində 17 avtomobilin içərisindəkilərlə bərabər yandığını , 40 avtomobilin isə zədələndiyini açıqlayıb.
Suriya dövlət televiziyası baş vermiş partlayışı terror aktı adlandırıb.



Teqlər:  





Xəbər lenti