Bernar Broşan iyulun 4-də Kannda açılışını etdiyi Azərbaycanın pirotexnika festivalının minlərlə insan tərəfindən izləndiyini bildirib.
Daha sonra bu şəhərdə keçirilən Böyük Səkkizliyin sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanan heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi Mehriban Əliyevaya təqdim olunub.
İyulun 5-də axşam Kannda Azərbaycanın tərənnümünə həsr olunmuş foto sərginin açılışı olub. Bu sərgi ilk növbədə xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir.
Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti də keçirilib.