Tanınmış fransız Xocalını bəstələdi

Tanınmış fransız Xocalını bəstələdi
  21 Fevral 2013    Oxunub:1763
Klassik musiqi əsəri Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələnib.
Fransanın tanınmış bəstəkarı Pyer Tillua (Pierre Thilloy) Xocalı faciəsinə həsr edilmiş “Xocalı 613” adlı klassik musiqi əsəri bəstələyib. Azvision.az-ın Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) istinadən verdiyi məlumata görə, cəmiyyətin sifarişi ilə bəstələnmiş klassik musiqi əsərinin ilk premyerası fevralın 21-də Parisin “Saint Roch” kilsəsində keçiriləcək.

Orion orkestrinin müşayiət etdiyi konsert proqramında skripkaçı Sabina Rakçeyeva, dirijor isə Laurent Petiqirard olacaq. Əsərin premyerası Londonda da olacaq. Fevralın 26-da “Xocalı 613” adlı klassik musiqi “St John`s, Smith Square” kilsəsində baş tutacaq.

Qeyd edək ki, əsərin müəllifi Pier Tiloy Azərbaycanda yaşayıb və işləyib. O yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.



Teqlər:  





Xəbər lenti