Müxalifətin aksiya qərarına YAP-dan reaksiya

Müxalifətin aksiya qərarına YAP-dan reaksiya
  21 Fevral 2013    Oxunub:1543
YAP-ın icra katibi icazəsiz keçiriləcək heç bir aksiyaya yol verilməyəcəyini bildirib.
“Aksiya keçirilməsi barədə barədə müvafiq icra hakimiyyətinə müraciət edilməlidir. Həmin icra aparatı da onların aksiyası üçün yer ayırmalıdır. Əgər o ayrılmış yerdən başqa bir yerdə kimsə aksiya keçirəcəksə, bunun qarşısı alınacaq”.

Bunu AzVision.az-a Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov İctimai Palatanın Bakıda silsilə etiraz aksiyaları ilə bağlı verəcəyi qərara münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, icazəsiz keçiriləcək hər hansı aksiyanın təşkilatçıları və iştirakçıları cəzalandırılacaq: “Qanunu pozan qanun qarşısında cavab verəcək”.

Qeyd edək ki, müxalifət qüvvələrinin toplaşdığı İctimai Palata Bakıda etiraz aksiyaları ilə bağlı qərar verməyə hazırlaşır. İctimai Palatadan bildirilib ki, heç bir halda kütləvi aksiyalar dayandırılmayacaq. Həmçinin, cərimələrin etiraz aksiyalarına əngəl ola bilməyəcəyini elan ediblər. Onu da bildirək ki, aksiyanın vaxtı və yerini müəyyən etmək üçün müzakirələr aparılır. İctimai Palata prezident seçkilərinə doğru silsilə etiraz aksiyalarını davam edəcəyini də açıqlayıb.

Sevinc


Teqlər:  





Xəbər lenti