“Oscar”a namizəd Amerikaya buraxılmadı

“Oscar”a namizəd Amerikaya buraxılmadı
  21 Fevral 2013    Oxunub:1575
"Oscar" mükafatına namizəd, rejissor Emad Burnad fevralın 24-də baş tutacaq "Oscar" mərasiminə qatılmaq üçün getdiyi Los Anceles hava limanından buraxılmayıb.
"5 qırıq kamera" filmi ilə "ən yaxşı sənədli film" kateqoriyasında "Oscar"a namizəd göstərilən fələstinli rejissor Emad Burnad mükafat mərasiminə qatılmaq üçün getdiyi ABŞ-dan ölkəyə girişinə icazə verilməyib.
Hava limanı işçiləri onun "Oscar" mükafatına namizəd olduğuna inanmadıqlarına görə rejissor həyat yoldaşı və 8 yaşlı oğlu ilə bir saat gözləməli olub.
Hava limanının miqrasiya bürosu rejissorun həqiqətən "Oscar"a namizəd olduğunu isbat etməyini tələb edib, əks halda onu ölkəsinə yola salacaqlarını bildiriblər.
"Oscar" mükafatı alan rejissor Maykl Mur hadisəyə Twitter vasitəsilə etiraz edib.
Hava limannındakı gərginlik Maykl Murun Oscar təşkilatçılarına zəngindən sonra sona çatıb.
Rejissor Burnadın "5 qırıq kamera" sənədli filmi "Oscar" namizəd göstərilən ilk Fələstin filmidir.


Teqlər:  





Xəbər lenti