"Arşın mal alan" Özbəkistanda

"Arşın mal alan" Özbəkistanda
  09 İyul 2013    Oxunub:1436
Özbəkistan Dövlət Musiqili Dram teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin tamaşası özbək dilində təqdim edilib.

Mədəniyyət vəTurizm Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tamaşanın baş rejissoru Əhəd Fərmanov olub. Tamaşa yekun olaraq cari ilin sentyabrında nümayiş etdiriləcək.

Tamaşa dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin 100 illiyinə həsr olunub.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tamaşaya təşkilati dəstək göstəriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti