Kerri və Lavrov görüşəcək

Kerri və Lavrov görüşəcək
  22 Fevral 2013    Oxunub:2279
Kerri və Lavrov fevralın 26-da Berlində görüşəcəklər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında görüş fevralın 26-da Berlində keçiriləcək. Bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Görüşdə prioritet məsələlər ikitərəfli əməkdaşlıq, beynəlxalq siyasət və Suriyadakı son durum olacaq.
Kerri gələn həftə ilk xarici turnesi çərçivəsində Avropa və Yaxın Şərq ölkələrinə yola düşəcək. Dövlət katibi İngiltərədən sonra Almaniya paytaxtına gələcək.


Teqlər:





Xəbər lenti