İmzala, deyim kimsən-TEST
- İmza uzun olsa adam səbirlidir.
- İmza qısadırsa insan məntiqini yaxşı istifadə edər.
- İmza iti xəttlər təşkil edirsə sahibi iti fikirli, zarafatlı, iti məntiqli və dilini qılınc kimi istifadə edən və dediklərindən çox çəkəcək bir insandır.
- İmza düzdürsə insan düz xarakterli, etibarlı, yaxşı əxlaqlı, uyğundur.
- İmzada yumruluq varsa adamda lider xüsusiyyətləri vardır.
- İmzada 3 nöqtə varsa adam iti nişançı, ovçuluğa uyğun və son söz deməyi sevəndir.
- İmzada geri çevrilmələr varsa adamın yaddaşı qüvvətlidir.
- İmza bəzəkli xəttlər təşkil edirsə sahibi gözəl sənətlərə uyğundur.
- İmza qısa və anlaşılmayandırsa sahibi nəyisə önəmsəyən deyil.
- İmzanın başı böyük hərf və gözəgəlimli başlayırsa sahibi özünə inamlı, başlanğıcda özünü yaxşı, xarizmatik tanıdandır.
- İmzanın başı, ortası və sonu böyüksə müvafiq olaraq o əvvəldə, ortada və sonda özünü yaxşı təqdim edən və yaxşı iş təqibi olan biridir.
- İmzanın sonu böyük hərflə bitirsə başladığı işləri yaxşı bitirir deməkdir.
- İmzanın baş hərfindən sonra gələn qisimi incə isə sahibi incə xarakterli və romantik, qalınsa adam kobuddur və romantik deyil.
- İmzanın sonunda irəli və ya yuxarı doğru gedən bir xətt varsa adamın hədəfi böyükdür. Aşağı doğru xətt varsa adam özünəqapalıdır. Pessimistdir.
- İmza sağa əyiləndirsə sahibi sosial, diplomat; geriyə əyilmişsə qeyri- sosialdır.
- İmza necə gəldi çəkilmişsə sahibi də eyniylədir. Bu imza demək olar ki tüfeyli həyat tərzi yaşayanların imzasıdır.
- İmzada 3-4 fərqli xarakter varsa adam aktyorluq sənətinə daha yaxın biridir.
AzVision.az