Bu gün yol işçilərinin bayramıdır

Bu gün yol işçilərinin bayramıdır
  22 Fevral 2013    Oxunub:2120
Bu gün Azərbaycanda avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Son illərdə Azərbaycanda avtomobil yolları ilə bağlı bir sıra iri layihələr reallaşıb.
“Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, inkişafı həyata keçirilib.
Təkcə keçən il 2012-ci ildə 537,2 kilometr, o cümlədən 134,6 kilometr respublika əhəmiyyətli, 402,6 kilometr yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 25 körpü tikilib. Bakı şəhərində 94 kilometr avtomobil yolu, prospekt və küçə təmir olunub və 6 yeraltı piyada keçidi istismara verilib. Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən Neftçilər prospektinin və Sabunçu körpüsündən Zabrat dairəsinədək yolun yenidən qurulması başa çatdırılıb.
AzVision.az bütün yol işçilərini təbrik edir.


Teqlər:





Xəbər lenti