Pişik seçkilərdə 600 səs topladı

Pişik seçkilərdə 600 səs topladı
  12 İyul 2013    Oxunub:1666
Morris ləqəbli pişik Meksikada keçirilən regional seçkilərdə 600-a yaxın səs toplayıb.
“Animal Politico”nun məlumatına görə, pişiyə səs verənlər əsasən Verakrus, Puebla, Sakatekas, Aquaskalyentes, Kintana-Ro, Koaulia və Aşağı Kaliforniya ştatlarının sakinləri olub.

Seçicilər bülletendə Morrisin adını namizədliyi qeydə alınmayan mer və qubernatorlar üçün ayrılmış xüsusi bölmədə qeyd ediblər. Bəzi kreativ seçicilər isə imza atmaq əvəzinə, pişik pəncəsi və ya bığları çəkməklə kifayətləniblər.

Morris Verakurs ştatının Xalapa şəhərindən “namizəd” olub. Morrisin namizədliyini isə onun sahibi, pişiyin şərəfinə “Facebook” səhifəsi və mikrobloq açan sahibi irəli sürüb.

Xalapada doğulan namizəd Morris özü haqqında yalnız bunları deyib : “O, yatmağı, yeməyi və oynamağı sevir”. Pişiyin seçki kampaniyası hələ 8 ay əvvəl başlayıb və Morris əsas məqsədinin doğma şəhərini “siçovullardan” ( rüşvətxor məmurlar nəzərdə tutulur) təmizləmək olduğunu deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti