“Dolce&Gabbana”nın azərbaycanlı siması - FOTOLAR

“Dolce&Gabbana”nın azərbaycanlı siması - FOTOLAR
  12 İyul 2013    Oxunub:6818
29 yaşlı Bianka Balti dünyanın ən bahalı modellərindən biri, “Dolce&Gabbana”nın da simasıdır.
Anası azərbaycanlı, atası italyan olan Bianka, 1984-cü il martın 19-da İtaliyada anadan olub.

İlk dəfə Bianka 2004-cü ildə “L’Officiel”in üz qabığında göründükdən sonra məşhurlaşıb, 2005-ci ildə isə artıq “Dolce&Gabbana” ilə müqavilə imzalayıb.

Tezliklə Balti Vogue, Harper’s Bazaar, W, Cosmopolitan, Elle, Marie Claire, Jalouse kimi nüfuzlu moda jurnallarının örtüyünü bəzəyib, 2009-cu ilin yayında isə model Playboy-un siması olub.

2012-ci ildə Bianka Balti Monnika Belluçi ilə yanaşı “Dolce&Gabbana”nın siması olmaq şansını qazanıb.

Bianka fotoqraf Kristian Luçidi ilə ailə qurub, 2007-ci ildə qızları Matilda dünyaya gəlib, 2010-cu ildə isə cütlük ayrılıb. 2011-ci ildən Bianka 26 yaşlı musiqiçi Françesko Mele ilə görüşür.

Qalereya




Teqlər:  





Xəbər lenti