Saakaşvili küsdü

 Saakaşvili küsdü
  22 Fevral 2013    Oxunub:1725
Gürcüstan prezidenti Parlamentdən inciyib.
Gürcüstan prezidenti Mixeil Saakaşvili , Parlamentin sədri David Uspaşvilinin bir müddət əvvəl səsləndirdiyi bəyanatına narazılığını bildirib. Belə ki, bir müddət əvvəl spiker Saakaşvilinin Parlamentdə çıxışının mart ayınadək təxirə salıb. Bu məsələ Saakaşvilinin ürəyincə olmayıb. Gürcüstan prezidenti spikerin bu addımını dialoqdan imtina kimi qiymətləndirib. Bu barədə prezidentin mətbuat katibi Manana Mancqladze məlumat verib.
Mancqladze qeyd edib ki, Saakaşvilinin yeganə tələbi Konstitusiyanı müdafiə etmək və parlamentlə dialoq aparmaq olub. “Dialoq iki tərəf arasında danışıqlar deməkdir. Prezident istəyir ki, həm özü danışsın, həm də parlament üzvlərinin fikirlərini dinləsin. Məhz buna görə də başa düşə bilmirik ki, prezidentə söz deməyə imkan vermirlərsə, parlament danışmaq istəmirsə onda dialoq necə baş tuta bilər. Parlament sədrinin sözlərindən yalnız bir nəticə çıxır - o, dialoqdan imtina edir”-deyə prezidentin mətbuat katibi bildirib.


Teqlər:  





Xəbər lenti