Şahin Mustafayev göstəriş verib

Şahin Mustafayev göstəriş verib
  22 Fevral 2013    Oxunub:1766
İqtisadi İnkişaf naziri Şahin Mustafayev geniş kollegiya iclasında bəzi göstərişlər verib.
AzVision.az-ın məlumatına görə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransın yekunlarına həsr olunmuş geniş kollegiya iclasında nazir bu göstərişlərini səsləndirib. Belə ki, nazir kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə, inşaat materialları istehsalının dəstəklənməsinə, yeni ixrac imkanlarının araşdırılmasına, qarşıdakı illər üçün regionların sosial-iqtisadi inkişafı üzrə yeni Dövlət Proqramının hazırlanmasına dair tapşırıqlar verib.

Kollegiya iclasında həmçinin, “Sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair Təsdiqedici Sənədin Forması”, “Sənaye və texnologiyalar parkının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair Təsdiqedici Sənədin Forması”nın təsdiq edilməsi və digər cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.



Teqlər:  





Xəbər lenti