Prezidentliyi aprelə qədərmiş

Prezidentliyi aprelə qədərmiş
  22 Fevral 2013    Oxunub:2111
Cari ilin aprel ayında AMEA-nın ümumi illik yığıncağı keçiriləcək.
AMEA prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə yeni vəzifəsini akademiyanın ümumi yığıncağına qədər davam etdirəcək. Bu barədə AMEA Geologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov bildirib. Onun sözlərinə görə, AMEA-nın ümumi illik yığıncağı bu ilin aprel ayında keçiriləcək: “Akif Əlizadənin vitse-prezident vəzifəsində fəaliyyəti başa çatıb. Akademik hazırda Geologiya İnstitutuna da rəhbərlik edir”.

Qeyd edək ki, dünən AMEA Rəyasət Heyətinin toplantısı keçirilib. Toplantıda Rəyasət Heyətinin qərarı ilə AMEA-nın prezident səlahiyyətlərinin icrası vitse-prezident, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadəyə həvalə edilib.




Teqlər:





Xəbər lenti