Gürcülər rus və erməniləri ifşa etdilər

Gürcülər rus və erməniləri ifşa etdilər
  22 Fevral 2013    Oxunub:2106
Qızıl qaçaqmalçılığı ilə məşğul olan Ermənistan və Rusiya vətəndaşları Gürcüstan sərhəddində saxlanılıb.
Biri Rusiya, digəri Ermənistan vətəndaşı olan iki nəfər Gürcüstanın Ermənistanla sərhəddində yerləşən Sadaxlo gömrük-buraxılış məntəqəsində saxlanılıb. Onlar qızıl zinət əşyalarının qeyri-qanuni satışında günahlandırılırlar, deyə Gürüstanın Maliyyə nazirliyinin gəlirlər xidmətindən bildirilir.

Məlumata görə, hər iki qaçaqmalçı qızılı Ermənistandan gətirirmiş. Bəzi məlumatlara görə isə sözügedən qızıllar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda qeyri-qanuni yolla hasil olunan qızıllardır.

Qeyd edək ki, Rusiya vətəndaşının sərhəddən keçirmək istədiyi qızıllar 17.8 min dollar ,Ermənistan vətəndaşınınkı isə 12.9 min dollar dəyərində olub.


Teqlər:





Xəbər lenti