Əkrəm Əylislini Hrant Dinkə çevirirlər

Əkrəm Əylislini Hrant Dinkə çevirirlər
  22 Fevral 2013    Oxunub:1821
“Əkrəm Əylisli Azərbaycanın Hrant Dinki olmasın”
Bu gün Ermənistan paytaxtında keçirilən mətbuat konfransında regional ekspert Sarkis Aspanyan Azərbaycan və Ermənistan yazıçılarına iki xalq arasında dostluq körpüsünün qurulmasına xidmət edəcək əsərlər yazmağı təklif edib.

Yazıçı Levon Cavaxyan isə Türkiyə ictimaiyyətindən kömək istəyib: “Bizim belə bir imkanımız olmadığından Əkrəm Əylisliyə kömək etmələri üçün türk elitasına müraciət etmişik. Ermənistanda da analoji vəziyyət hökm sürür. Kimsə Azərbaycanın xeyrinə bir cümlə belə yazsa tənqid edilir, təqiblərə məruz qalır. Ancaq biz olub-keçənləri unutmalı, iki xalqın dostluğu üçün əlimizdən gələni əsirgəməməliyik. Əkrəm Əylisli Azərbaycanın fəxridir, o, “Səfərov Azərbaycanı”nın buraxdğı səhvləri düzəltməyə çalışır”.

Qeyd edək ki, Türkiyədə yaşayan azərbaycanlı (!) yazıçı Suna Aras və türkiyəli hüquq müdafiəçisi Raqıb Zarakolunun təşəbüsü ilə türk ictimaiyyətinin diqqəti Əkrəm Əylisli məsələsinə yönəldilib. 1955-ci ildə İqdırda doğulan yazıçı, şairə Suna Aras Əkrəm Əylisliyə qarşı təzyiqlərə son verilməsi üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb, türk mətbuatında yazdığı silsilə yazılarında “Əkrəm Əylislini Hrant Dink kimi ölkə səmasına uçan tədirgin göyərçinə bənzədib”, yazıçıya dəstək üçün “İkinci Hrant Dink olayına əsla” imzatoplama kampaniyasına start verib.

Hüquq müdafiəçisi, Nobel Sülh mükafatına namizəd, Hrant Dinkin təsis etdiyi “AGOS” qəzetində yazdığı silsilə yazıları ilə tanınan Raqıb Zarakol dünən Əkrəm Əylisli ilə telefon danışığı əsnasında yazıçının danışmaqdan çəkindiyini və ölkəni tərk etmək istəyini dilə gətirməsindən sonra bu gün hər iki yazıçıya müraciət ünvanlayıb.

“Dəyərli Əkrəm Əylisli və Levon Cavaxyana açıq məktub” başlıqlı müraciətində hər iki yazıçının xalqlar arasındakı körpüləri bərpa etmək üçün yazdıqları əsərlər yüksək qiymətləndirib və bu əsərləri bir kitab şəklində çap etməyi təklif edib.
Müraciətdə yer alan digər maraqlı məqam isə Cavaxyanın təxminən Əkrəm Əylisli ilə eyni vaxtda Dağlıq Qarabağ münaqişəsindən bəhs edən və Azərbaycan Respublikası tərəfindən mükafatlandırılan “Kirvə” hekayəsindən bəhs olunmasıdır.

Zarakolun yazdığına görə, “Azərbaycanlılar mənim düşmənim deyil” sözləri ilə gündəmə gələn, 2008-ci ildə işıq üzü görən romanın müəllifi Azərbaycanda mükafatlandırıldığı üçün Ermənistan yazıçılar Birliyinin ciddi tənqidi ilə üzləşib.





Teqlər:  





Xəbər lenti