Bədən necə böyüyür? – ELMİ CAVAB

Bədən necə böyüyür? – ELMİ CAVAB
  20 İyul 2013    Oxunub:6441
Təxminən 3 kq ağırlığında və 50 sm boyunda yeni doğulan bir körpənin 20-25 il ərzində 80 kq ağırlığında və 1.80 m hündürlüyündə yetkin bir insan olmasını təmin edən nədir? Bu sualın cavabı hipofiz vəzindən ifraz olunan möcüzəvi bir molekulda – böyümə hormonunda gizlənir.
Böyümə əməliyyatı iki şəkildə reallaşır. Bəzi hüceyrələr həcmlərini artırırlar. Bəzi hüceyrələr də bölünərək çoxalırlar. Bu iki əməliyyatı da təmin edən və idarə edən böyümə hormonudur.

Böyümə hormonu hipofiz vəzindən ifraz olunur və bütün bədən hüceyrələrinə təsir edir. Hər hüceyrə hipofiz vəzindən özünə gələn mesajın mənasını bilir. Əgər böyüməsi lazımdırsa, böyüyür, bölünərək çoxalması lazımdırsa, çoxalır.

Məsələn, yeni doğulmuş bir körpənin ürəyi yetkin insanın ürəyinin təxminən 1/16-i qədərdir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə bir-bir təsir edir. Hər hüceyrə böyümə hormonunun əmr etdiyi qədər inkişaf edir. Beləliklə, ürək də böyüyərək yetkin insan ürəyi halına gəlir.
Bədəndə olan digər hüceyrələr (məsələn, əzələ və sümük hüceyrələri) inkişaf dövrü boyu bölünərək çoxalırlar. Bu hüceyrələrə nə qədər bölünmələrinin lazım olduğunu bildirən də yenə böyümə hormonudur.

Böyümə hormonunun bəzi hüceyrələrə həcmlərini böyütmələrini, bəzi hüceyrələrə də bölünərək çoxalmalarını əmr etməsi ayrı bir möcüzədir. Çünki hər iki hüceyrəyə çatan hormon bir-birinin nüsxəsidir. Ancaq əmri alan hüceyrənin genetik şifrəsində onun necə hərəkət edəcəyi yazılıb. Böyümə hormonu böyümə əmrini verir. Bunun necə ediləcəyi isə o hüceyrənin içində yazılıb.

Böyümə hormonu sümüklərin ucundakı qığırdaq toxumasının inkişafı üçün də əmr verir. O, böyüməsə, körpə də böyüyə bilməz. Burada olan hüceyrələr sümüyü uzununa böyüdürlər. Bəs bu hüceyrələr sümüyün uzununa böyüməsinin lazım olduğunu haradan bilirlər? Əgər bu sümük yana doğru böyüsə, qıç uzana bilməz, hətta qıç sümüyü bu nayihədə dərini yararaq çölə çıxar. Ancaq uca Rəbbimiz insan bədənindəki hər detalı və məlumatı hər hüceyrənin nüvəsində yerləşdirib. Beləliklə, sümüklər uzununa böyüyürlər.

Böyümə hormonunda nəzərə çarpan başqa bir möcüzə də bu hormonun ifraz olunduğu dövr və miqdarla əlaqədardır. Böyümə hormonu tam lazım olan miqdarda və ən çox da böyümə mərhələsində ifraz olunur. Bu, çox əhəmiyyətli bir möcüzədir. Çünki ehtiyac duyulandan az və ya çox hormon ifraz olunması olduqca təhlükəli nəticələr ortaya çıxara bilər. Əgər böyümə hormonu az ifraz olunsa, liliputluğa, çox ifraz olunsa, nəhəngliyə gətirib çıxarar.

Buna görə, bədəndə böyümə hormonunun ifraz olunma miqdarını təşkil edən xüsusi bir sistem yaradılmışdır. Bu hormonun ifraz olunma miqdarına hipofiz vəzisinin idarəçisi sayılan hipotalamus qərar verir. Böyümə hormonunun ifraz olunmasına ehtiyac olanda hipofizə böyümə hormonu ifraz etdirici hormon (GHRH) göndərir. Qanda lazım olandan çox böyümə hormonu olduqda hipotalamus hipofizə bir mesaj (somatostatin hormonu) göndərərək, böyümə hormonunun ifraz olunmasını yavaşladır.


Teqlər:  





Xəbər lenti