Flora Kərimova:`Yaş insanı yorur`

Flora Kərimova:`Yaş insanı yorur`
  23 İyul 2013    Oxunub:5263
Bu gün xalq artisti Flora Kərimovanın 72 yaşı tamam olur. AzVision.az müğənni ilə əlaqə saxlayaraq, onu təbrik edib.
Flora xanım, doğum gününüzü necə keçirəcəksiniz ?

-Doğum günümdə ancaq özümüzünkülər olacaq. Yəni ailə çərçivəsində qeyd edəcəm. Qızım gəlib, əgər oğlum çatdıra bilsə gəlməlidir. Yaqutum yanımda, dostların zəngi, təbrikləri, hər şey yaxşıdır . Sadəcə istidir deyə bir az narahat oluram. Qalan hər şey qaydasındadır.

- Bu gün yaşınızın üstünə bir yaş da gəldi, adətən kişilər deyir ki, yaş kişinin var dövlətidir. Bəs qadında necə ?

- Yalan söhbətdir, yaş var- dövlət deyil. Çünki yaş tükənir və illər keçdikcə həyatda səhvləri buraxdıqca , həyatı yaşadıqca, bərki, boşu keçdikcə, o səhvləri düzəltməyə vaxt qalmır. Yaş ancaq bioloji cəhətdən qazana bilər ki, mən yaşadım. Ancaq yaş insanı yorur. Düzdür o insana müdriklik gətirir, ancaq artıq bu müdrikliyin sırf sənin özünə fayadası da olmur. Bu müdriklik özgələrə, öz ailənə, evladlarına nəyisə öyrətmək üçün lazım olur. Çünki onun peşiman olduğu bir şey artıq uzaqda qalıb, keçmişə əl uzada bilmir ki, o peşimançılıqları pozsun .Yada ki dəyişsin , tammamilə yaddan çıxartsın. Onu edə bilmirsə deməli yaş heç də var dövlət deyil, sadəcə bioloji qazancdır.

-Bəs insan təxminən neçə yaşında kamillik dövrünə çatır ?

-Bu insanın kefiyyətindən aslı olan bir şeydir. Əgər o doğulandan tufeyli olubsa, 50 yaşında da bir nəticə çıxartmayacaq. Kefiyyəti yoxdursa, inanın həmin insan yaşlandıqca bir az püxtələşə bilər, vəssam , başqa heç nə . Elə adamın müdrikliyi də heç kimin dadına çatmaz.

- Hansı yaş dövrünüz üçün darıxırsınız ?

- Uşaqlarımın böyüyən, körpə vaxtı üçün darıxıram . Dil açandan başlamış ümid dolu illərini geri qayatarmaq istərdim. Həyatdan zərbə alan vaxtlarımı xatırlayanda isə daralıram, ancaq hər şey qabaqdadır, hər şeyə əlim çatacaq.

Yoxluğunu bilə -bilə Elza İbrahimova ,Oktay Kazımı, Eminin gözəl müsiqiləri üçün darıxıram. Sənətin sanballı püxtələşdiyim o vaxatlar üçün çox darıxıram.

-Bəs hansı mahınızı ad gününüzdə oxumaq istərdiniz?

-Mənim naxışım, bəxtim elədir ki, nə oxumuşamsa sevilib. Ana övladlarını seçə bilmədiyi kimi mən də mahnılarım arasında fərq qoymuram. Hətta Allah eləməsin, ən eybəcər övlad onun üçün ən gözəldir, bəzən isə belə bir övlada ananın daha həssas münasibəti olur. Mənim hətta sizin də bəyənmədiyiniz mahnıları da bəyənirəm, sevirəm onların hamısını.

-Flora xanım, sizə nəyin hədiyyə olunmasını istərdiniz ?

-Ən böyük hədiyəm övladlarımın anadan olan günüdür. Analıq, qayğı hiss etdiyim gündür. Onlar üçün gecələr yatmadığım, əlimdə ütü onların paltarlarını ütlədiyim günlərdir. O illər çox həssas bir dönəmim idi və o vaxtlar üçün darıxdm. İndi oğlumun iki övladı var, ancaq onlar xaricdə yaşayırlar deyə əllərim çatmadı ki, onların uşaqlıq vaxtlarını görüm. Ona görə də, özümə gecələr durub qızımın övladının paltarlarını ütüləməyi arzulayıram.



Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti