Quyruqlu uşağa sitayiş edirlər - FOTO

Quyruqlu uşağa sitayiş edirlər - FOTO
  23 İyul 2013    Oxunub:2004
Hindistanda yerli əhalinin bir qismi kürək nahiyəsində quyruq olan 12 yaşlı Ərşid Əli Kanın tanrı olduğuna inanır.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb uşağın yarı insan-yarı meymun kimi görünməsidir.

Belə ki, onun görünüşü hindlilərin allahı Hanumanı xatırladır və onlar inanır ki, Hanuman Ə.Ə.Kanın simasında yenidən doğulub. Buna görə də uşağa pul və hədiyyələr verirlər, əvəzində isə ondan xeyir-dua istəyirlər.
Həkimlər isə deyir ki, insanların quyruq adlandırdıqların üzvün uşağın onurğa sütunundakı anormallığın nəticəsidir və təcili tədbir görülməlidir.

Gördüyü diqqət və qayğıdan razı qaldığını deyən Əli Kan “quyruğ”unu tanrının hədiyyəsi kimi qiymətləndirib və əməliyyat olunmağı düşünmür.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti