Onlar Rusiya və ABŞ-dan imtina etdi

Onlar Rusiya və ABŞ-dan imtina etdi
  23 Fevral 2013    Oxunub:2019
Suriya Milli inqilabi və müxalif qüvvələr koalisiyasının nümayəndələri (MİMQK) ölkənin ikinci böyük şəhəri olan Hələbin atəşə tutulmasına etiraz olaraq Rusiya və ABŞ-a səfər etmək təklifini rədd ediblər.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Bundan əlavə, suriyalı müxaliflər martda Romada keçiriləcək «Suriyanın dostları» beynəlxalq qrupunun görüşündə iştirak etməkdən imtina ediblər.
Dünən müxalifətçilər Hələb şəhərinin iki rayonunun raket atəşinə tutulduğu barədə məlumat yayıblar. Məlumata əsasən, atəş nəticəsində 30 nəfər dinc sakin həlak olub, güclü dağıntılar var.


Teqlər:





Xəbər lenti