Xüsusi olaraq Azərbaycan üçün

Xüsusi olaraq Azərbaycan üçün
  23 Fevral 2013    Oxunub:1648
Belarus yeni tank əleyhinə raket kompleksini hazırlayan zaman Azərbaycanın şəraitini ,coğrafi mövqeyini nəzərə alıb.
Belarus yeni yaratdığı «Şerşen-D» tipli yeni tank əleyhinə raket kompleksini Azərbaycan bazarına da təqdim etməyi planlaşdırır. Kompleksin istehsalçıları sistem hazırlanan zaman Azərbaycan şəraitinin nəzərə alındığını bildirirlər.
Ukrayna istehsalı olan «Skif» tank əleyhinə idarə olunan raket komplekslərinin təkmilləşdirilmiş və yeni versiyası olan «Şerşen-D» 130 və 152 mm kalibrli raketlərdən atəş açır. Belaruslu mütəxəssislərin sözlərinə görə, operator tərəfindən həm uzaqdan pultla, həm də naqillə komanda verməklə kompleks vasitəsi ilə döyüş atışlarını həyata keçirmək mümkündür. Bu kompleksdən eyni zamanda sahil yaxınlığındakı kiçik gəmilərə, habelə helikopterlərə qarşı istifadə etmək olur.
Kompleks nəqliyyat vasitələrinin üzərinə açılıb yığılan dayaq üzərində qurulur. Bu sistemin köməyi ilə döyüş maşını gizləndiyi yerdən çıxmadan hədəflərə atəş aça bilir.


Teqlər:  





Xəbər lenti