İtaliyada seçki hazırlıqları başa çatıb

İtaliyada seçki hazırlıqları başa çatıb
  23 Fevral 2013    Oxunub:2023
İtaliyada sabahkı parlament seçkisilərinə hazırlıq prosesinin fonunda Romada isə 800 min nəfərin iştirakı ilə mitinq keçirilib
İtaliyada parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası gərgin keçib. Solmərkəzçi demokratik partiyaya rəhbərlik edən Pyer Luici Bersani keçirilən sorğularda daha artıq reytinq qazanıb. Sorğular Silvio Berluskoninin rəhbərliyindəki sağmərkəzçi koalisiyanın da şanslarının çox olduğunu deməyə əsas verir. Berluskoninin əsas vədi İtalyanların əmlaka görə ödədiyi verginin geri qaytarılması planıdır. Berluskoni mərkəzçilərin və texnokratların dəstəklədiyi Mario Montinin ünvanına sərt tənqidlər də səsləndirib. Seçkinin favoritləri arasında bir il əvvəl yaradılan «5 ulduz hərəkatı» da var. Bu siyasi təşkilatın rəhbəri Beppe Qrillodur. Qrillo siyasətçilərin imtiyazlarının ləğvi, deputatların maaşlarının azaldılacağını vəd verib. Bu təşkilatın gələcək illərdə ən güclü müxalifət partiyası olacağı gözlənilir. Bunu deməyə Beppe Qrillonun Romanın küçələrinə 800 min tərəfdarını çıxarması əsas verir. İtaliya paytaxtının küçələrində mitinq keçirən "5 ulduz hərəkatı" əvvəlcədən mitinqə xarici pressanın buraxılacağını açıqlayıb.

Qrillo tərəfdarlarına müraciətində deyib ki, reallıqdan uzaq olan siyasətçilərin sonu gəlib. Onlar nələrlə qarşılaşacaqlarının fərqində deyillər. Hərəkatın rəhbəri italyanları seçkidə həmin siyasətçilərə yox deməyə çağırıb. İtaliyada parlament seçkiləri iki gün - fevralın 24-25-də keçiriləcək.


Teqlər:  





Xəbər lenti