Mikayıl Cabbarov 149 vətəndaşı dinlədi

 Mikayıl Cabbarov 149 vətəndaşı dinlədi
  30 İyul 2013    Oxunub:1545
İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Təhsil şöbələri müdirlərinin, nazirliyin digər tabeli qurumları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən yaşadıqları rayonlarda ümumtəhsil məktəblərində işlə təmin olunma, bir təhsil müəssisəsindən digərinə köçürülmə, məktəb binalarının təmiri, təhsil haqqından azad olunma, xaricdə təhsil, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil və digər məsələlərlə əlaqədar olub. Həmçinin, yerli təhsili idarəetmə orqanları rəhbərlərinin fəaliyyəti barədə vətəndaşların şikayətləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Qəbulda 149 vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti