Xocalı faciəsi Xyustonda anıldı
AAMA-nın prezidenti İsmayıl Əhmədov tədbiri açaraq iştirakçılara Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsinə dair geniş məlumat verdi, həmçinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, o cümlədən Azərbaycan dili dərslərinin təşkil olunmasından danışıb.
Bundan sonra Texas Ştatı Nümayəndələr Palatasının üzvü C.Vu çıxış edərək Xocalı qətliamı barədə öyrəndikdə kədərləndiyini və bu kimi faciələrin yenidən təkrarlanmasına yol verilməməsi üçün onları xatırlamağın vacib olduğunu dedi. C.Vu Texas ştatı Nümayəndələr Palatasının Xocalı qətliamının 21-ci ildönümünün anılması haqqında qətnaməsini Azərbaycan Səfirliyinin nümayəndəsinə təqdim etdi. Həmin qətnamədə bu faciənin bir çox insan hüquqları təşkilatları tərəfindən pislənildiyi, habelə bir sıra xarici dövlət və ABŞ-ın digər ştatlarının bu faciyəyə diqqət yetirdiyi qeyd olunaraq, bu xüsusda 2011-ci ildə Texas Nümayəndələr Palatasının 535 nömrəli qətnaməsi vurğulanır.
M.Talıbov öz növbəsində C.Vuya Azərbaycan xalqı tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün təşəkkürünü bildirərək son illər ərzində bir sıra dövlət və ABŞ ştatları tərəfindən Xocalı qətliamının tanınmasının ədalətin bərqərar olacağına və Xocalı vəhşiliklərini törədənlərin məsuliyyətə cəlb olunmasına ümid etməyə imkan verdiyini qeyd etdi.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və fəal üzvlərindən olan Yusif Babanlı çıxışında C.Vuya ABŞ-dakı Azərbaycan icması adından təşəkkür etdi və Xocalı dəhşətlərinin dünyada, o cümlədən ABŞ-da tanıdılmasının vacibliyini qeyd etdi.
Tədbir zamanı həmçinin ABŞ-dakı Azərbaycan icmasının digər nümayəndələri də çıxışlar etdi.
Teqlər: