“Putinin işi-gücü yoxdur ki, Şeyxin işinə qarışsın?”

“Putinin işi-gücü yoxdur ki, Şeyxin işinə qarışsın?”
  25 Fevral 2013    Oxunub:2421
“Putinin işi-gücü yoxdurmu ki, gəlib Şeyxin məsələsinə qarışsın?”
Bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin qudası, millət vəkili Hacı Qalib Salahzadə Şeyxə qarşı Kremlin nəzarətində olan ləzgi təşkilatı - Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti tərəfindən irəli sürülən ittihamlara münasibət bildirərkən deyib.

AzVision.az-ın məlumatına görə, Hacı Qalib “Yeni Müsavat”a müsahibəsində sözügedən ləzgi təşkilatının rəhbəri Putinlə qapalı çevrədə bir araya gəlməsi məsələsinə toxunub. O, vurğulayıb ki, bunlar hamısı boş şeylərdir: “Putinin işi-gücü yoxdurmu ki, gəlib Şeyxin məsələsinə qarışsın. Mən bunlara inanmıram”.

Bunun dövlətin ittihamları deyil, ayrı-ayrı adamların fikri kimi dəyərləndirən millət vəkili “Mən inanmıram ki, Rusiya dövləti bu mövqedə dayansın” deyib.

Şeyxin Qafqazdan çıxarılması ilə bağlı deyilənlərə də münasibət bildirən Hacı Qalib deyib ki, belə söhbət yoxdur. O, belə yazıları xırda və mənasız adlandıraraq bunda kimlərinsə məqsədi olduğunu vurğulayıb. “Şeyxin ki, dünyada nüfuzu artır, o da Azərbaycan vətəndaşıdır, deməli, həm də Azərbaycanın nüfuzu artır. Yəni Şeyxə qarşı paxıllıq edirlər, başqa şey yoxdur”.



Teqlər:





Xəbər lenti