“Rusiyanın regionda Azərbaycandan başqa güvənəcəyi dövlət yoxdur”

“Rusiyanın regionda Azərbaycandan başqa güvənəcəyi dövlət yoxdur”
  05 Avqust 2013    Oxunub:2655
Avqustun 12-13-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri gözlənilir. AzVision.az-a müsahibəsində İTAR-TASS agentliyinin xarici siyasət xidmətinin beynəlxalq əməkdaşlıq və beynəlxalq proqramlar şöbəsinin rəhbəri, Beynəlxlaq və Rusiya jurnalistlər İttifaqlarının üzvü, MDU-nin müəllimi və Rusiya Dumasının millətlərlə iş üzrə komitəsinin ekspert şurasının üzvü Səadət Qədirova səfərin maraqlı məqamılarını şərh edir.
- Səadət xanım, hazırkı məqamda Azərbaycanla Rusiya arasındakı əlaqələri necə xarakterizə etmək olar?

- Mən heç bir proqnoz verməyəcəyəm. Bircə onu deyəcəyəm ki, ölkələrimiz arasındakı münasibətlər hələ uzun müddət tarazlı qalacaq. Bu cür strategiyanın yeganə düzgün strategiya olduğunu düşünürəm. Rusiya xaricində istənilən yaxınlaşmalar və fikir ayrılıqları rəsmi Moskva tərəfindən disbalans yaradılması və regionda qüvvələrin yerdəyişməsi cəhdi kimi qəbul edilə bilər. Bir sözlə, Rusiyanın siyasi fəaliyyətinin Qafqaza nəzarəti öz əlində saxlamağa yönəldiyi aydındır. Bu gün iki ölkə arasındakı münasibət istiqamətlər və meyillərin yenidən dəyərləndirilməsi mərhələsindədir. Seçki ərəfəsində isə, Ermənistanla Azərbaycan arasındakı həll olunmamış münaqişənin statusu nəzərə alınmaqla, bu mövzünun əhəmiyyəti xeyli artıb.

- Rusiya KİV-də tez-tez iki öllkə arasında əlaqələrin korlanması haqqında məlumatlara rast gəlirik... bu barədə fikirlərinizi öyrənmək istərdik.

- Fikrimcə, Rusiya ilə Azərbaycan arasında əlaqə heç vaxt itə bilməz, ən azı ona görə ki, biz qonşu dövlətlərik və ikimizdən birinin bu planetdən köçməsi hələlik mümkün deyil. Əsas məsələ bu əlaqənin necə olması, Azərbaycanın xarici problemləri və Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində nə dərəcədə pozitiv, və ya başqa sözlə desək, nə dərəcədə konsturktiv olmasıdir. Etiraf etməliyik ki, Rusiya ilə dost münasibətlərin qorunması çox vacibdir. Rusiya üçün Azərbaycanı istənilən yolla öz dostu siyahısında saxlamaq çox əhəmiyyətlidir. Danilmaz bir fakt da budur ki, Rusiyanın regionda Azərbaycandan başqa güvənə və arxalana biləcəyi başqa bir ölkə də yoxdur.

- Rusiya Federasiyasının başçısının avqustun 12-13-də Bakiya edəcəyi səfəri necə qiymətləndirirsiniz?

- RF prezidenti Vladimir Putinin Bakiya səfərini seçki ərəfəsində atdığı çox düzgün siyasi addım kimi qiymətləndirirəm. Anladığım qədərilə, heç kəs Rusiya prezidentini bunu etməyə məcbur edə bilməz və o, bunu regiondakı qüvvələrin hazırkı vəziyyətinin qorunmasını həqiqətən də vacib saydığı üçün edir. Bu isə mənim ölkələrimiz arasındakı kostruktiv əlaqələrin qarşılıqlı olduğu barədə dediklərimi yenidən təsdiqləyir.

- Saədət xanım, sizcə “Şahdəniz” konsorsiumunun Transadriatik qaz kəmərinin xeyrinə seçim etməsindən sonra enerji sahəsində əməkdaşlıq davam edəcəkmi?

- Azərbaycan öz iqtisadi inkişafı üzrə müstəqil seçim etmək üçün kifayət qədər yetkin dövlətdir. Enerji sahəsi ən vacib sahələrdən biridir və təbii ki, Bakı öz daxili maraqlarına uyğun seçim edəcək.

Balifa Baxşıyeva


Teqlər:





Xəbər lenti