Kastro yenə seçildi

Kastro yenə seçildi
  25 Fevral 2013    Oxunub:2409
Kuba prezidenti Raul Kastro yenidən prezident seçilib.
5 il sonra təqaüdə ayrılacağını bildirən Raul Kastro, yeni məclis tərəfindən 5 il müddətinə konqres rəhbəri seçilib. Kuba rejiminin ikinci adamı isə 52 yaşlı Midel Diaz-Kanel olub. Siyasətçilər Kastrodan sonra yeni prezident olacaq şəxslər arasında ilk öncə onun adını qeyd ediblər.
Kastro daha əvvəl verdiyi açıqlamasında da istefa verəcəyini, təqaüdə çıxmaq vaxtının gəldiyini deyib.
Xatırladaq ki,2006-cı ildə Fidel Kastronun səhhəti ağırlaşdıqdan sonra səlahiyyətlərinin icrası müvəqqəti olaraq qardaşı Raul Kastroya tapşırılmışdı. 2008-ci ildə Fidel Kastro təqaüdə ayrıldıqdan sonra isə Raul Kastro prezident seçilmişdi.


Teqlər:  





Xəbər lenti