Mən diktator doğulmalıyam

Mən diktator doğulmalıyam
  07 Avqust 2013    Oxunub:1818
Cavid Təvəkkül

Bir gün səhər yuxudan oyanıb gözlərini açanda qarşında böyük bir hisslər tablosu görsən yaxşı-yaxşı fikirləş... Gecə o gəlmişdi yuxuna...
Yaşıdlarından fərqli olaraq, 113 ildir bu adam yaşayır və hələdə yaşamağa məhkumdur. 113 ildir neçə-neçə adamı başqa cür düşünməyə, fikirlərini,baxışlarını dəyişməyə vadar etdi,neçə-neçə gənci şikəst etdi,neçə-neçə sevgililəri gah qovuşdurdu,gah ayırdı,dünyaya hisslər və vəziyyətlər adlı iri bir tablo qoyub getdi bu adam...Bu adam - LuisBuniyel... O hisslər tablosunu çəkən Luis Buniyel...

Kino deyilən həyatı hər kəs anlamaz... Bu həyatın mürəkkəbliyindəndir ki, mən hələ indi günə qədər duyğularımı, hisslərimi çəkmədiyimi anlayıram. Hələ indi anlayıramki, mən tənqidləri sevmirəm, hələ indi anlayıramki, kino “Z” planeti kimi bir şeydir. Olmayan, tək-tük adamların ayağı dəyən bir planet, bizsə o planetə çata bilməyən kiçik və süni peyklər...

Məmləkətimdə 70-lərin övladları şikəst oldu, sözün əsl mənasında şikəst...Yüksək idealların, müharibə, səfalət, qəddarlıq, qorxaqlıq və laqeyidliyin fonunda qalan həyat və ən əsası uşaqlıq... Kimlər qaldı kimlər getdi, qalanlarmı yaxşıdı yoxsa gedənlərmi?.. Fərqi yoxdur, məhv oldu 70-lər... Dərindən nəfəs alın və xatırlayın, neçə-neçə Heminqueylər, Dalilər, Buniyellər getdi, yandı bəşər tonqalında, itdi zaman boşluğunda... Göz görə-görə məhv oldular, kimisi sülh zamanında, kimisi“müharibələrdə”...Vaxtiilə biz çox gənc idik,nə isə etməyə çalışırdıq,indiysə qocalırıq deyəsən... 70-lər,sizi başa düşürəm, indi-indi hisslərdə, duyğularda, fikirlərdə azad olmaq istəyirsiniz onuda çox görüllər, qınayırlar sizi. Ey, 70-lər fikir eləməyin, bir onu anlayınki,siz çox şeylərin şahidi olmusunuz,çox dahilər görmüsünüz, kimləri yola salmısınız bir onu xatırlayın... Və bu məqam da dörd qoyun girir kabinetimə, Buniyel filmlərindəki kimi...

Bir film çəkmək istəyirəm,öz hesabıma...Başa düşürəm gülməlidir,amma istəyirəm.Qəhrəmanım çox imkanlı ailənin oğludur, xaricdə təhsil alıb, heç nədən korluq çəkmir. Yaşayır özü üçün və günlərin bir günü hər şeyi atır, bir velosiped alır, pasaportunu da cibinə qoyub düzəlir yola... Gedir... Buralardan çox uzaqlarda,dağların başında yaşayan birqızla tanış olur.Qız da ona qoşulub gedir... Gecə okean sahillərində sarı qumun üstündə oturub tonqalda balıq qızardıb yeyirlər. Onlar susurlar, danışmırlar, gözlərindən anlayırlar bir-birlərini. Gözlər danışır....Sevişirlər... Səhər açılmır, açılacaq səhər heç olmur, Buniyel filmlərindəki kimi...

Uzun müddətdir rahatlığım yoxdur, nə edəcəyimi, nə deyəcəyimi bilmirəm, hara, hansı səmtə gedəcəyimi müəyyənləşdirmək bacarığım itirmişəm sanki... Və qəfildən o gəldi, sakitləşdirdi məni, ruhum susdu. Sürünənin qanadı olsa da uça bilməz,zatında yoxdur çünki... 113 yaşlı sənətkarla görüşdüm, xeyli söhbətləşdik, ordan-burdan, olub keçənlərdən... Mən ona biraz Miloşa olan sevgimdən danışdım, o mənə syür əhvalatlar söylədi, mən ona Penelopadan , Pedronun işlərinə heyranlığımı gizlətmədim... O, mənə indiyə kimi görmədiyim şeyləri göstərdi,düzdür bunları 6 il əvvəl başqaları göstərmişdi mənə, amma... Ve belə qənatə gəldim ki,sadaladıqlarımın hamısını ele o şikəst edib, sözün yaxşı mənasında...

Festivallar kralı olmaq istəmirəm, ulduz həyatı da mənlik deyil, çox pula da etiraz edirəm... Sabah açılsın, mən onu qucaqlayım və öpüm... Sabah açılsın mən onu söyüm və qovum...Sabah açılsın mən onsuzluğa “yox” deyim və onu yenidən çağırım... Həyatdan istədiyim budur...Gülməlidirsə gülün, icazə verirəm. Zatən nəyə güldüyünüzü də bilirəm, fikirləşdiyiniz deyil, bədən rahatlığı deyil, ruh rahatlığı axtarıram, sevgili axtarmıram, əkizimi istəyirəm... Byuniel qəhrəmanları kimi... Gülün, elə ona görə də icazə verirəm, gülün...Ən yaxşı gülən, sonuncu güləndir deyirlər, hə..?

Görəsən, Byuniel olmaq asandır yoxsa çətin?..

Kafka olmaq normaldır yoxsa anormal..?

Ümumiyyətlə, aranızda Van Qoq olmaq istəyən varmı?..

Bəs sən, sən olmaq necə ,istəyirsənmi?.. Mən oyun oynamaq istəmirəm, heç tamaşaçı olmaq da mənlik deyil... Mən diktator doğulmalıyam!..Məni şikəst edənlərin acığına doğulacaq dahiləri məhv etmək üçün!...



Teqlər:  





Xəbər lenti