`Azərbaycana aşiq olmuşam` - Hollivud ulduzu
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, mətbuat konfransında Kris Tikyer, Kristofer Hempton, Nino obrazını canlandıran Mariya Valverde, həmçinin Numan Akar, Mehriban Zəki, Pərviz Məmmədrzayev və Cümşüd Zeynalov iştirak ediblər.
Mətbuat konfransında yaradıcı heyətin üzvləri çəkiliş prosesindən danışıblar. Filmin baş qəhrəmanı, Hollivud ulduzu Mariya Valverde Azərbaycana aşiq olduğunu bildirib. O qeyd edib ki, Bakıdan növbəti dəfə təklif gələrsə, bunu sevinclə qarşılayacaq.
Qeyd edək ki, yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.
AzVision.az