Epşteynlə əlaqəli daha bir şəxsin meyiti tapıldı

Epşteynlə əlaqəli daha bir şəxsin meyiti tapıldı
  23 İyul 2026    Oxunub:217
69 yaşlı fotoqraf Daniel Siadın meyiti Parisin yaxınlığındakı Kolomb şəhərin yerləşən evində tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Siadın adı ABŞ Ədliyyə Nazirliyinin “Epşteyn işi” üzrə məxfiliyi ləğv edilmiş sənədlərində təxminən 2000 dəfə çəkilir. Ən azı 5 qadın Siadı təcavüzdə və insan alverində ittiham edib.

Fotoqraf özü bu ittihamları rədd edirdi. Bununla belə, ona qarşı heç vaxt rəsmi məhkəmə araşdırması aparılmayıb.

Siad Fransada ölən və Epşteynlə rəsmi əlaqəsi olan ikinci şəxsdir. 2020-ci ildə Fransa hakimiyyəti model agenti Jan-Lük Brüneli həbs etmişdi. O, Epşteynə qadınlar tapıb gətirməkdə ittiham olunurdu. Brünel 2022-ci ildə, azyaşlılara təcavüz və cinsi zorakılıq ittihamı ilə məhkəməsini gözləyərkən, 14 aylıq həbsdən sonra kamerasında asılmış vəziyyətdə tapılmışdı.


Teqlər: Epşteyn   Kriminal  






Xəbər lenti