Yerevan Qarabağ münaqişəsini `dini savaş`a çevirir – TƏHLİL

Yerevan Qarabağ münaqişəsini `dini savaş`a çevirir – TƏHLİL
  07 Oktyabr 2016    Oxunub:13650
2016-cı ilin fevral ayında, Kubada məhz Rusiyanın təşəbbəsü və rəhbərliyi ilə tarixə “minilliyin görüşü” kimi düşən görüş keçirildi. Roma Papası ilə Rusiya patriarxı arasında reallaşan 2 saatlıq görüşün məğzində duran əsas məsələ dünyadakı bütün xristianları qorumaq çağırışı idi.

Rusiya özünü xristianların təəssübkeşi kimi sübut etməklə dünyadakı mühafizəkar xristianların dəstəyini qazanmağa çalışır. Putin Pravoslav Kilsəsinə Çar Rusiyası zamanındakı nüfuzunu, gücünü, parlaqlılığını, sərvətini və dünyəvi işlərə təsir imkanlarını qaytarmaq üçün imkan yaradır.

Azərbaycanla Ermənistan arasıdakı aprel döyüşləri də öz növbəsində "xristina kartı"nı gün işığına çıxardı. Aprel döyüşləri zamanı Ermənistanın keşişləri meydana çıxartması, həmçinin müharibə ərazisində kiçik kilsələr tikmələri ciddi mətləblərdən xəbər verirdi. İndiyə kimi Qarabağ döyüşlərində belə bir halın müşahidə olunmaması, bunun “minilliyin görüşü”ndə "xristianlar əzilir" mesajının verilməsindən təxminən 2 ay sonra ortaya çıxması ciddi şübhələrə yol açır.

Ermənistan Qarabağ münaqişəsinə dini don geyindirməyi çoxdan qarşısına məqsəd qoyub. Fevral ayında Kubada baş tutan görüşü bunun üçün böyük fürsət saydı və bundan istifadə etməyə başladı.

Unutmaq olmaz ki, “minilliyin görüşü”ndə xristianlar qırılır, əzilir məsələsini ortaya atan tərəflərdən biri də Rusiya - yəni Ermənistanın müttəfiqi, ağası olan bir ölkədir. Bütün bunların fonunda ermənilərin dini istiqamətdə belə təşkilatlanması, sistemli fəaliyyətinin arxasında hansı ölkənin durması da maraq doğuran məqamlardan biridir.

Erməni kilsəsi və onun dünyadakı şəbəkəsi

Ümumiyyətlə, erməni kilsəsi çox ciddi fiqurdur. Dünyanın müxtəlif ölkələrində erməni kilsələri, dini icmaları, yaxud ona tabe olan kiçik dini-apostol təşkilatları fəaliyyət göstərir. Misal üçün:
- Kanadanın Vankuver, Montreal və Toronto kimi şəhərlərində;
- ABŞ-ın Nyu-York kimi nəhəng meqapolisi daxil əksər böyük şəhərlərində;
- Cənubi Amerikada Argentina, Brazilya, Uruqvay və Venesuella kimi ölkələrdə;
- Avropada Avstriya, Belçika, Bolqarıstan, Britaniya, Fransa (Paris, Lion, Marsel), Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Rumıniya, İsveçrə və Ukraynada;
- Afrikada: Misir, Efiopiya və Sudan;
- Digər ölkələrdə: İraq, İran, Küveyt, Suriya, Livan, İordaniya, Türkiyə, İsrail, Kipr, Avstraliya, Miyanmar (Birma) və Hindistan...


ABŞ və Almaniya kimi ölkələrdə çox ciddi, eyni zamanda güclü erməni kilsə təşkilatları fəaliyyət göstərir. ABŞ-da erməni kilsəsinin qayğısı ilə əhatə olunan "erməni xristian gənclər təşkilatları" mövcuddur. Almaniyada isə erməni kilsəsinə tabe olan, rəsmi qeydiyyatdan keçmiş 35-dən yuxarı dini icma və sektalar fəaliyyətdədir.



Papa və Erməni keşişləri Qarabağ savaşında

2016-cı ilin 24 iyununda Roma Papasının Ermənistan səfəri reallaşdı. Maraqlıdır ki, səfərdə xristianların Yaxın Şərqdə üzləşdiyi ağır duruma da toxunuldu. Bu nüans bir daha “minilliyin görüşü”ndə müzakirə edilmiş "xristianların əzilməsi" mesajını yada salır. Papanın sözügedən səfəri Ermənistanın əlindəki "xristian kartı"nın imkanlarını daha da möhkəmləndirmiş oldu. Aprel döyüşlərindən sonra bir daha dünyada "xristian Ermənistan" tablosu çəkildi.

Qərb mətbuatında da aprel döyüşlərindən bir müddət sonra Ermənistanın qədim xristianlıq ənənələrinə sadiq olmasını təbliğ edən yazılar dərc olunmağa başladı. Avropanın Almaniya, Avstriya və İsveçrə kimi nüfuzlu ölkələrində tirajlanan yazıların əksəriyyətində "müsəlman Azərbaycan xristian Ermənistana hücum edir", "Ermənistan qədim xristian torpağı olan Qarabağı müdafiə edir" kimi ifadələrdən gen-bol istifadə olunur. Bütün bunları sistemli şəkildə Ermənistan dövləti və erməni kilsəsi həyata keçirirdi.

Bu işlərin kökündə 3 başlıca prinsip durur:

- Birincisi, Dağlıq Qarabağdakı savaşı dini müharibə kimi göstərmək, erməniləri orada xristianlığın müdafiəçisi kimi təqdim etmək;

- İkincisi, Azərbaycanın dünyada yaratmağa çalışdığı multikultural imici sarsıtmaq, Qərb mediasında Azərbaycanın xristian ermənilərlə dini müharibə aparması görüntüsü yaratmaq;

- Üçüncüsü, ümumiyyətlə dünya müstəvisində Azərbaycanın xristian dövlətinə qarşı savaşan ölkə obrazını formalaşdırmaq. Bu halda Azərbaycan öz əzəli və tarixi torpaqlarını geri qaytarmaq üçün müharibəyə başlayanda, bu, xristian təəssübü çəkən müxtəlif ölkələrin ciddi etirazına səbəb olacaq.

Sadalanan faktlardan çıxış edərək, əminliklə söyləmək olar ki, sentiyabr ayının 22-də Ermənistandan baş tutan hərbi paradda keşişlərin görünməsi heç də təsadüf deyildi. Bu, Yerevanın konkret xətt üzrə siyasət yürüşdüyünü sübut edən ciddi siqnaldır.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti