Azərbaycanın dövlət borcu açıqlanıb

   Azərbaycanın dövlət borcu açıqlanıb
  18 Aprel 2025    Oxunub:597
Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6,6 %-i qədər olub.
AzVision.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 3,3 % çoxdur.

Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627,5 milyon manatı xarici, 18 milyard 1,3 milyon manatı isə daxili dövlət borclarıdır. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 11,1 % az və 9,7 % çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti