“Bu gün biz ABŞ ilə iqtisadi tərəfdaşlığa dair ümumi razılaşmaya doğru irəliləmişik. Biz Ukraynanın Bərpası üçün İnvestisiya Fondu yaratmağa hazırlaşırıq. Müvafiq saziş əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq”, - Sviridenko öz “Facebook” səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, tərəflərin hələ sazişin mətnini yekunlaşdırması, imzalaması və hər iki ölkənin parlamentlərində təsdiqləməsi qalır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp aprelin 24-də Ukrayna ilə faydalı qazıntılar üzrə saziş imzalanacağını açıqlamışdı. ABŞ-nin Maliyyə naziri Skott Bessent, öz növbəsində, sazişin Vaşinqtonla Kiyev arasında əvvəlki razılaşmalara əsaslanacağını bildirmişdi.
![]() |
Bessent Zelenskini günahlandırır - VİDEO |
Bundan sonra Vaşinqton Kiyevə razılaşmanın daha sərt variantını təqdim etdi. Xüsusilə, Vaşinqton saziş çərçivəsində bütün infrastruktur və resurs layihələrinə investisiyalar üçün “ilk təklif hüququ” və "prioritet əsaslarla resursları satın almaq hüququ" tələbini qoydu.
Zelenski, öz növbəsində, dəfələrlə vurğuladı ki, ABŞ-nin Kiyevə 100 milyard dollarlıq hərbi yardımı qrant şəklində verildiyi üçün Ukraynanın “borcu” sayılmır. O, həmçinin, müqavilənin şərtlərinin ukraynalıların gələcək nəsillərinə yük olacağı halda, sazişi imzalamayacağını iddia edib.
Sahil İsgəndərov
AzVision.az