Bölgələrdə güclü külək gözlənilir - XƏBƏRDARLIQ

   Bölgələrdə güclü külək gözlənilir -    XƏBƏRDARLIQ
  24 İyul 2026    Oxunub:307
Milli Hidrometeorologiya Xidməti iyulun 25-26-da ölkənin bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq yayıb.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux və Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyinin sürəti 13,9-20,7 m/s təşkil edəcək.

Xaçmaz, Qusar və Şabranda isə narıncı xəbərdarlıq elan olunub. Bu rayonlarda cənub-şərq küləyinin sürətinin 20,8-28,4 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.

AzVision.az



Teqlər:






Xəbər lenti