Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib

   Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib
  18 Aprel 2025    Oxunub:594
Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, Xarici Kəşfiyyat İdarəsinin, “Azərbaycan Hava Yolları” QSC-nin və “Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsinin nümayəndələri də iştirak ediblər.

Əvvəlcə, qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndəsi qonaqları salamlayıb. Görüş zamanı "Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi" mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti