Putin İlham Əliyevə zəng etdi

   Putin İlham Əliyevə zəng etdi
  28 İyul 2026    Oxunub:235
Rusiya Prezidenti Vladimir Putin iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə yer alan aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Azərbaycan-Rusiya münasibətlərinin konstruktiv xarakter daşıdığı, hökumətlər və aidiyyəti qurumlar arasında fəal dialoqun davam etdiyi vurğulanıb.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyiblər.

AzVision.az



Teqlər:






Xəbər lenti