DGK: "9 ildə 13 ton narkotik maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb"

      DGK:    "9 ildə 13 ton narkotik maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb"
  18 Aprel 2025    Oxunub:597
"2016-2024-cü illərdə isə ümumilikdə 13 ton narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Burada ən böyük hissə 8 ton olmaqla heroinin payına düşür".
Bu sözləri Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Mehriban Əsgərova bu gün keçirilən "Rəqəmsal gömrük və media" mövzusunda seminarda dilə gətirib.

"Ötən il 96 fakt üzrə ümumilikdə 379 kiloqramdan çox narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Aşkarlanan narkotik vasitələrin ən böyük hissəsi 83%-lə marixuana təşkil edib. Eyni zamanda, heroin, xəşiş, tiryək və s. narkotik vasitələr aşkarlanıb", - o deyib.


Səbinə Həsənova
AzVision.az


Teqlər: DGK  





Xəbər lenti