Azərbaycanda qızıl ehtiyatı artdı

Azərbaycanda qızıl ehtiyatı artdı
  17 Aprel 2025    Oxunub:813
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Neft Fondu məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin ilk rübündə fondun investisiya portfelinin 16 milyard 134.4 milyon dollarlıq hissəsini (25.8%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 3 milyard 779.8 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin sonunda fondun investisiya portfelinin 12 milyard 354.6 milyon dollarlıq hissəsini (20.6%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin ilk rübündə 18.7 ton qızıl alıb. Belə ki, 2024-cü ilin sonuna fondun qızıl ehtiyatı 146.6 ton təşkil etdiyi halda bu il aprelin 1-nə bu rəqəm 165.3 tona qədər yüksəlib. Ümumilikdə isə ARDNF 2024-cü ilin əvvəlindən indiyə kimi 63.5 ton qızıl alıb.

AzVision.az



Teqlər:





Xəbər lenti