![]() |
Müharibədə yeni dövr başlayır: "Viruslu" PUA-lar |
Müəllif qeyd edib ki, xüsus maraq doğuran iki dron növü var. Bunlar FPV dronları və nadir hallarda görülən "Baba Yaga" adlı gecə bombardmançılarıdır. Onların arasında böyük fərq var. Bu ağır dronlar daha güclü silahlar daşıya bilsə də, onların hücumları proseslərə daha az təsir edir. Adətən, kadrlara yalnız termal görüntüləmə cihazı ilə bir parıltı düşür. Hədəfin nə olması və ya onun nə dərəcədə zədələnməsi barədə isə heç bir aydın izahat və ya fakt olmur.
"Ptax Madyara"nın təqdim etdiyi məlumatlara görə, onlar bu ay 7874 FPV dronundan istifadə ediblər ki, bu da bütün dron hücumlarının 67%-ni təşkil edib. Həmçinin qeyd edilib ki, hücumların təxminən 31%-i 3582 uçuşla ağır bombardmançı dron növünə aiddir. Bu dronlar adətən FPV-lərdən daha ağır hərbi sursat daşıya bilirlər", - "Forbes" yazıb.
Hücumların qalan 2%-i, ehtimal ki, kiçik bomba daşıyan "Mavic" tipli dronlar tərəfindən həyata keçirilib.
Ukraynalıların pilotsuz təyyarə ilə həyata keçirdiyi əməliyyatlara dair videoları izləyən OSINT-in analitiki Endryu Perpetua da dron döyüşlərini effektli sayıb. O, belə hesab edir ki, gecə bombardmançılarının effektivliyi nə əcəbsə elə də yüksək qiymətləndirilmir. O, həmçinin deyib ki, belə dronların zərbələrinin nəticələri çox vaxt artilleriya hücumlarından fərqlənmir.
Qeyd edək ki, nəşrin haqqında söz açdığı "Ptax Madyara" alayı rusların kabusu adlandırılır.
"Forbes" nəşri bir neçə gün öncə də Ukrayna dronları mövzusunda diqqət çəkən məqalə dərc etmişdi. Sayt yazıb ki, Rusiya əsgərlərinin ələ keçirdikləri Ukrayna PUA-ları hərbçilərin texniki sistemlərinə zərərli proqramlar "yoluxdurur".
Həmçinin nəşr mart ayında yazıb ki, Ukrayna əsgərləri Toretsk istiqamətində yeni "Seth" adlı Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etməyə başlayıblar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az