Tor atdı, agent tutdu
// Çin kəşfiyyatı balıqçının köməyilə xarici şəbəkəni ifşa edib

Lao Çen dərhal 12339 nömrəsini yığaraq, Dövlət Təhlükəsizliyi Nazirliyinin qaynar xəttinə tapıntısı haqda məlumat verib.
Bu əsnada sualtı casus cihazı mənsub olduğu ölkənin kəşfiyyat xidmətinə informasiya göndərib. Daha doğrusu, Çin tərəfi cihazın bir neçə ölkəyə aid olduğunu bildirir.
Bir müddətdən sonra xarici kəşfiyyatın agenti “nadir əşyalar toplayan biznesmen” adı ilə Lao Çenə yaxınlaşaraq, tapdığı cihazı satması üçün böyük məbləğdə pul təklif edib. Amma Laonun əməkdaşlıq etdiyi Çinin xüsusi xidmətinin əməkdaşları onları izləyərək, yaxalayıb.
Çin mediasında bu əməliyyat “casus balıqların tora düşməsi” adlandırılır. Bildirilir ki, yaxalanan şəbəkə uzun müddət ölkədə casus fəaliyyəti göstərirmiş. Agentlərin hansı ölkəyə casusluq etdiyi dəqiqləşdirilmir. Amma hadisənin ABŞ-Çin münasibətlərinin kəskinləşdiyi vaxta düşməsi maraqlıdır.
Tariyel Həsənov
AzVision.az