`Bunu heç kim etməzdi, Fuad Poladov etdi...`

`Bunu heç kim etməzdi, Fuad Poladov etdi...`
  26 Oktyabr 2016    Oxunub:4717
Bir müddət əvvəl Azərbayacan Dövlət Akademik Milli Dram Teatrında işdən çıxarlan aktyor Hikmət Rəhimov həmkarı Fuad Poladava teatrda baş verən olay zamanı ona dəstək olduğu üçün təşəkkür edib.
AzVision.az xəbər verirki, aktyor bu barədə “Facebook” səhifəsində yazıb:

“Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad Poladov olub. Ona minnətdaram. Fuad Poladov mənə görə polis bölməsinə gedib, məndən xəbərsiz oradakılara narahatlığını bildirib. İnanın səmimiliyimə buna görə fəxr etmirəm və şok da yaşamıram.

Çünki bu Fuad müəllimdir. Hər gün mənə azı 2 dəfə zəng vurub, ürək-dirək verib. Fuad müəllim, mən sizə bu dünyada da , o dünyada da minətdaram. Bunu heç kim etməzdi. Hər şeyə görə çox sağ olun”.

Qeyd edək ki, Hikmət Rəhimovun teatrdan çıxarılmasına səbəb kimi rejissor köməkçisi Vüqar Məmmədovla aktyor arasında baş verən dava göstərilib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti