Arzu Əliyeva öz filminin təqdimatında - FOTOLAR

Arzu Əliyeva öz filminin təqdimatında - FOTOLAR
  06 Dekabr 2016    Oxunub:3783
Dekabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi “Bir günəş altında” sənədli filminin təqdimatı olub.
Tədbirdə layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva iştirak edib.

Təqdimatdan əvvəl iştirakçılar Nizami Kino Mərkəzinin foyesində Azərbaycanda milli və etnik rəngarəngliyi əks etdirən fotosərgi ilə tanış olublar.

Filmin hazırlıq prosesində 15 nəfərdən ibarət çəkiliş heyəti bir ilə yaxın müddətdə Azərbaycanın müxtəlif bölgələrində olub, 54 kənd və qəsəbəyə ekspedisiyalar təşkil edilib. Eksperiment xarakteri daşıyan bu səfərlər zamanı 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Çəkiliş üçün hər etnik qrupun onlarla nümayəndəsindən yalnız biri seçilib. Seçim zamanı təmsil etdiyi xalqın kimliyini öz nitqi, antropoloji cizgiləri, gündəlik fəaliyyəti ilə daha dəqiq təqdim edən şəxsə üstünlük verilib.

Ekspedisiyalar zamanı çəkiliş qrupunun fotoqrafları Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərəni, bu təbiətin qoynunda yaşayan və müxtəlif etnik qrupa aid olan 2625 şəxsin fotosunu lentə alıb.

Çəkilişlər ilin bütün fəsillərində aparılıb. Bu, Azərbaycan təbiətinin rəngarəngliyini göstərməyə imkan verib.

Filmin tamaşaçıya ötürdüyü əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamının bərabər yaşamasıdır.







AzVision.az


Teqlər:





Xəbər lenti