`Dini radikalizmə qarşı maariflənmə güclənməlidir`
DANİB sədri Elməddin Behbud dini radikalizmə qarşı bütün istiqamətlərdə mübarizə aparılmasının, bu sahədə vətəndaş təşəbbüskarlığının artırılmasının zəruri olduğunu deyib. Elməddin Behbud xüsusi ilə qlobal təhlükəsizliyin əsas təhdid vasitələrindən birinə çevrilmiş dini radikalizmin və terrorçuluğun aradan qaldırılması və yayılmasının qarşısının alınması üçün səmavi dinlərin mahiyyətinin həqiqi şəkildə təbliğinə, maarifləndirmə işinin davamlı şəkildə aparılmasına hər zaman ehtiyac olduğunu bildirib.
MEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşviq Şükürov, Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasivə humanitar məsələlər şöbəsinin müdir müavini Aydın Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayi Məmmədov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə nümayəndəliyinin əməkdaşı Samid Quliyev çıxış edərək qlobal çağrışlara adekvat cavab vermək, milli maraqlarımızı qətiyyətlə qorumaq, ölkəmizdə sabitliyə təhlükə yarada biləcək bütün amillərə qarşı səmərəli mübarizə aparmaq üçün dövlət və vətəndaş cəmiyyəti institutlarının yaxından əməkdaşlığının vacib olduğunu vurğulayıblar.
Çıxışçılar Azərbaycanın milli və dini palitrasının əsrlərdir sülh və bərabərhüquqluluq şəraitində yaşadığını və dünyada tolerantlıq nümunəsi kimi tanındığını və milli dəyərləri qoruyub saxlamağın vacib olduğunu vurğulayıblar.
Teqlər: