Rayonlarında xalça sexləri tikilir
"Dövlət başçısının müvafiq fərman və sərəncamları ilə yaradılmış Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları artıq fəaliyyət göstərir. Mingəçevir və Pirallahı Sənaye parklarının təşkili üçün işlər aparılır. Sənaye parklarında və zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir. Neftçala Sənaye Zonasında artıq ümumi sahəsi 7800 kvadratmetr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadratmetr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Zonasına isə sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 mln. manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanları araşdırılır və bu işlər yaxın zamanda yekunlaşdırılacaq", - deyə nazir qeyd edib.
Ölkədə ənənəvi sahələrin inkişaf etdiyini vurğulayan Ş.Mustafayev qeyd edib ki, bu məqsədlə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça sexlərinin tikintisinə başlanılıb və gələn ilin birinci yarısında başa çatdırılacaq: "Bunun nəticəsində 1 600 yeni iş yeri yaradılacaq".
AzVision.az
Teqlər: