Aşağı büdcəli aviaşirkət yaradılacaq
Qeyd olunur ki, aidiyyəti qurumlar beynəlxalq və yerli təyinatlı hava limanlarının infrastrukturunun təkmilləşdirilməsi üçün qısa və uzunmüddətli planlar hazırlayacaq, o cümlədən Heydər Əliyev Beynəlxalq Hava Limanında infrastruktur imkanlarının genişləndirilməsini həyata keçirəcək. Görüləcək tədbirlərdə regionların strateji inkişaf tələbləri də nəzərə alınacaq.
Bundan başqa 2017-ci ilin sonuna qədər aşağıbüdcəli aviaşirkətin yaradılması üçün təyyarə parkının qurulması istiqamətində işlərin görülməsi və bu sahəyə xarici investorların cəlb olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdən keçiriləcək.
AzVision.az